çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

Təmkin Xəlilzadə 5 oyunluq cəza aldı

22.10.2019 13:00 Oxundu 752

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Premyer Liqa, VIII tur
“Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
“Keşlə” – “Sabah” matçı başa çatdıqdan sonra “Sabah” klubunun 19 №-li futbolçusu Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir .
Oyunun 90+3-cü dəqiqəsində “Sabah” klubunun 13 №-li futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Səbail” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
 “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

I Divizionun, VII  tur
 “Kəpəz” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur. Oyunun 83-cü dəqiqəsində “Qarabağ-2” klubunun 36 №-li futbolçusu Zamiq Əliyev təhqiredici ifadələr işlətdiyinə üçün 3 oyun cəzalanır, klub 160 manat cərimə olunur.
 “Neftçi-2” – “Zaqatala    ” matçında xərək daşıyan uşaqların sayı əsasnaməyə uyğun olmadığna görə meydan sahibi klub 80 manat cərimə olunur.
 “Keşlə-2” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Keşlə-2” klubunun 98 №-li futbolçusu Asif Vəliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
MOİK – “Sabah-2” matçında MOİK komandası oyunun video çəkilişini aparmadığına görə klub 80 manat cərimə olunur. Təhlükəsizlik xidmətinin oyun öncəsi iclasda iştirak etməməsinə görə meydan sahibi klub 80 manat cərimə olunur.
 “Sumqayıt-2” – “Turan Tovuz” matçında “Sumqayıt-2” klubunun 4,  “Turan Tovuz” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki  klub 80 manat cərimə olunur. Oyunun 55-ci dəqiqəsində “Sumqayıt-2” klubunun 15 №-li futbolçusu Nahid Zülfüqarov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində “Turan Tovuz” klubunun masajçısı Aydın Yusifov ikinci sarı vərəqə alaraq texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur. Təhlükəsizlik xidmətinin iclasda iştirak etməməsinə görə meydan sahibi klub 80 manat cərimə olunur.