23.10.2019 14:00
596
596

"Çelsi"nin hücumçusu Olivye Jiru İngiltərədə klubunu dəyişə bilər.
Cempion.az xəbər verir ki, fransalı hücumçu "Kristal Pelas"ın transfer siyahısındadır. London klubunda əsas heyətə nadir hallarda düşən fransız forvard rəhbərliyə komandadan getmək istədiyini bildirib. Transferin yanvarda baş tutacağı gözlənilir.