23.10.2019 14:30
492

"Lvov"un qapıçısı Aleksandr Bandura Azərbaycanda oynaya bilərmiş. Cempion.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
İddiaya görə, ukraynalı qolkiper ötən yay komandadan ayrılmaq istəyib. Buna onun həmin vaxt yerli klublarımızın birindən aldığı təklif səbəb olub. Lakin adı açıqlanmayan komanda 33 yaşlı qolkiperə görə təzminat ödəmək istəmədiyindən keçid gerçəkləşməyib.
Bandura bu mövsüm "Lvov"un heyətində 4 oyun keçirib.