çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

"Balayev komandasını xilas edə bilərdi" 

23.10.2019 16:32 Oxundu 428

Qazaxıstan millisinin sabiq üzvü Fərhadbək İrismetov Premyer Liqanın “Tobol” – “Ordabası”(1:2) oyunundan sonra Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxışını dəyərləndirib. Cempion.az xəbər verir ki, İrismetov Balayevin bu görüşdə də komandasına xilas etməli olduğunu deyib. 
“Bəli, demək olar ki, “Ordabası” təəccübləndirdi. Onlar daha konsentrasiyalı oynadılar. Balayev buna qədər komandasını xilas edirdi. O, əvvəlki oyunlarda yaxşı oynamışdı. Qapıçı işlərinə qarışmaq niyyətim yoxdur. Amma yəqin ki, Balayev “Ordabası” ilə oyunda da komandasını xilas edə bilərdi".

Millimizin qapıçısının 734 dəqiqəlik "quru seriya"sı məhz "Ordabası" ilə ev oyununda qırılıb. Balayev bu qarşılaşmada 2 top buraxıb - 1:2.