çərşənbə, 02 iyul 2025

DÜNYA FUTBOLU

"Arsenal" üçün fəxr olunmayan rekord

23.10.2019 17:16 Oxundu 401

"Arsenal"ın hücumçusu Bukayo Saka İngilətərə Premyer Liqasının 9-cu turunun "Şeffild Yunayted"lə oyununda simulyasiyaya görə sarı vərəqə ilə cəzalandırılıb. 
Cempion.az xəbər verir ki, 18 yaşlı futbolçunun aldığı sarı vərəqə "Arsenal"ın "birinci" olmasına kömək edib.
Məsələ burasındadır ki, London təmsilçisinin futbolçuları ötən mövsümdən bu yana 7 dəfə simulyasiyaya görə cəzalandırılıb. İngilətərə Premyer Liqasında isə bu müddətdə simulyasiyaya görə bu qədər sarı vərəqə alan olmamışdı.