çərşənbə, 02 iyul 2025

DÜNYA FUTBOLU

Ramos Çempionlar Liqasının tarixinə düşdü

23.10.2019 18:49 Oxundu 435


Çempionlar Liqasının qrup mərhələsində ötən gün keçirilən “Qalatasaray” - “Real”  oyunu qonaqların kapitanı Serxio Ramos üçün əlamətdar olub.
Cempion.az xəbər verir ki, İstanbuldakı görüş ispaniyalı müdafiəçinin ÇL-də 121-ci matçı olub. 33 yaşlı futbolçu bununla qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən müdafiəçi olub.
Qeyd edək ki, indiyə qədər bu rekord Braziliya millisinin və "Real"ın sabiq futbolçusu Roberto Karlosa məxsus idi – 120.