çərşənbə, 02 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona" - "Real" oyunu düyünə düşüb

23.10.2019 18:11 Oxundu 748

Kataloniyadakı etirazlar səbəbindən təxirə salınan İspaniya çempionatının 10-cu turunun "Barselona" - "Real" oyunu dekabrın 18-də keçiriləcək. Cempion.az İspaniya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə federasiya rəhbərliyi qərar qəbul edib.
La Liga rəhbərliyi isə İspaniya Futbol Federasiyasının qərarı ilə razı deyil. AS nəşri bildirir ki, liqa rəhbərliyi federasiyanın qərarından şikayət edəcək. La Liqa rəhbərliyi  "Barselona" - "Real" matçının dekabrın 4-də və ya 7-də keçirilməsini istəyir.
Xatırladaq ki, təqvimə əsasən görüş oktyabrın 26-da keçirilməli idi.