çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

"Qəbələ" APOEL-i keçsə kiminlə qarşılaşacaq?

24.10.2019 12:48 Oxundu 387


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsindəki mümkün rəqibi bəlli olub.
 

Cempion.az-ın məlumatına görə, I mərhələdə Kiprin APOEL klubu ilə cavab oyununu keçirəcək “qırmızı-qaralar” bu turu adlasa, İspaniyanın “Saraqosa” klubu ilə üz-üzə gələcək.
 

Növbəti mərhələdə “Qəbələ” – APOEL cütünün qalibi ilə qarşılaşacaq komanda Polşadakı matçda müəyyənləşib. Bu ölkənin “Korona” klubunu evdə 1:0 hesabı ilə məğlub edən “Saraqosa” cavab matçında da qalib gəlib. İspaniya təmsilçisi bugünkü səfər matçında 4:1 hesablı qələbə qazanıb.

II mərhələnin ilk oyunları noyabrın 6-da, cavab matçları 27-də keçiriləcək. “Saraqosa” ilk görüşün ev sahibi olacaq. Cavab oyunu “Qəbələ” – APOEL cütünün qalibinin meydanında keçiriləcək.