24.10.2019 13:00
564


Uzun müddətdir futboldan kənar qalan Kamran Ağayev heç cürə özünə klub tapa bilmir. Bu durum isə onun milli karyerasına da birbaşa təsir edir. Kamran artıq milliyə də çağırılmır. Halbuki Nikola Yurçeviç milliyə yeni baş məşqçi gələndə onun namizədləri siyahısında Ağayevin də adı olub.
Bu haqda məlumatı Cempion.az-a millinin məşqçisi Arif Əsədov verib.
Hazırda Yurçeviçin köməkçisi olan Əsədov məsələ haqda bunları deyib: "Yurçeviç milli komandaya yeni təyin olunana onun namizədləri siyahısında Kamranın da adı var idi. Yəni Kamran heç vaxt bizim diqqətimizdən kənarda olmayıb. Sadəcə problem onun hazırda klubsuz olması və oyun praktikasının olmamasıdır. Milli komandaya isə daha hazırlıqlı futbolçular lazımdır. Şübhə etmirəm ki Kamran klubsuz olmasaydı və oyun praktikasına sahib olsaydı yenə də millinin üzvü olardı".