çərşənbə, 02 iyul 2025

DÜNYA FUTBOLU

"Beşiktaş" - "Qalatasaray" matçının hakimi məlum oldu

24.10.2019 14:00 Oxundu 399


Türkiyə Superliqasının 9-cu turunda keçiriləcək "Beşiktaş" - "Qalatasaray" oyunu üçün hakim təyinatları açıqlanıb.

Cempion.az-ın Türkiyə Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, matçın baş hakimi Mete Kalkavan olacaq. Ona Ceyhun Sesigüzül və Esat Sancaktar köməklik edəcək. Cüneyt Çakır isə VAR hakimi olacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" görüşü oktyabrın 27-i keçiriləcək.