çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

APOEL-in futbolçusu: "Qisas haqda düşünüb-düşünməmək "Qarabağ"ın öz işidir"

24.10.2019 14:16 Oxundu 435


"Avqustda etdiyimizi təkrarlamağa çalışacağıq. Çünki qrupda xal qazanmamışıq. Bu qələbəyə çox ehtiyacımız var".

 

Cempion.az-ın məlumatına görə, bunu  APOEL-in futbolçusu Roman Bezyak Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la səfər oyunu öncəsi  keçirilən mətbuat konfransında deyib.
 

Sloveniyalı hücumçu Ağdam klubunun hansısa cəhətindən çəkinməli olduqlarını düşünmədiyini söyləyib: "Bu rəqibi bu il Bakıda üstələmişik. Bu dəfə öz oyunumuzu nümayiş etdirə bilsək, müsbət nəticə qazanacağıq. Hər bir oyun 0:0 hesabı ilə başlayır. Qrup mərhələsindəki digər görüşlərin önəmi yoxdur. "Qarabağ"a qalib gəldiyimiz oyunda da stadion dolu idi. Azarkeş amili çıxışımıza təsir göstərməyəcək. Qisas haqda düşünüb-düşünməmək "Qarabağ"ın öz işidir".
 

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək oyun saat 20:55-də başlayacaq.