çərşənbə, 02 iyul 2025

BİZİM FUTBOL

Qızlar millimiz sonuncu oldu

24.10.2019 14:43 Oxundu 441


17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Cempion.az-ın məlumatına görə, Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda Sloveniyaya 0:6, ikinci turda isə Norveçə 0:5 hesabıyla uduzmuşdu.
 

 
N. KOMANDALAR O Q H M T/F X
1  Norveç 3 3 0 0 22:0 9
2  Sloveniya 3 2 0 1 10:5 6
3  Farer adaları 3 1 0 2 1:16 3
4  Azərbaycan 3 0 0 3 0:12 0