24.10.2019 16:16
492

"Tobol"da çıxış edən millimizin üzvü Emil Balayevin Qazaxıstan Premyer Liqasında quru seriyasına son qoyulub.
Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30-cu turda "Ordabasi" ilə matçda qapısında iki qol buraxan millimizin üzvünün qapısını toxunulmaz saxlamaq seriyası 736 dəqiqə çəkib.
Bununla da o, Qazaxıstan çempionatları tarixində ən uzun seriya yaxalayan 5-ci qapıçı olub. Millimizin üzvünün "4-lüy"ə düşmək üçün 29 dəqiqəsi çatmayıb.
Qeyd edək ki, bu göstəricidə rekord "Kayrat"ın sabiq qolkiperi Sergey Boyçenkoya məxsusdur. O, 2005-06-cı illərdə 921 dəqiqə qapısını toxunulmaz saxlayıb.