çərşənbə, 02 iyul 2025

DÜNYA FUTBOLU

Klublararası dünya çempionatı Çində

24.10.2019 17:38 Oxundu 467


2021-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi dəqiqləşib.

Cempion.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, ilk dəfə 24 komandanın iştirak edəcəyi yarış Çində olacaq. Turnir iyun-iyul aylarında keçiriləcək.

Dörd ildən bir təşkil olunacaq çempionatda konfederasiyaların təmsilçi sayı isə hələ dəqiqləşməyib. Bununla bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Qətərin ev sahibliyi edəcəyi turnirlər köhnə formatla oynanılacaq.