şənbə, 23 avqust 2025

BİZİM FUTBOL

İsgəndər Cavadov "Kəpəz"də toplantı keçirdi - FOTOLAR

24.10.2019 18:00 Oxundu 550

AFFA tərəfindən Gəncə futboluna kurator təyin olunan İsgəndər Cavadov “Kəpəz”in bazasında məşqçilərlə görüş keçirib.

Cempion.az xəbər verir ki, görüşdə klubun icraçı direktoru İlqar Nadiri, əsas komandanın, eləcə də aşağı yaş qrupları üzrə kollektivlərin məşqçiləri də iştirak edib.

Toplantıda uşaq futbolunun vəziyyətindən danışılıb. Bu mövsümdən fəaliyyəti bərpa olunan U-15 və U-17, həmçinin digər yaş qruplarının ölkə birinciliklərində çıxışları müzakirə olunub. Yaxınlarda istifadəyə veriləcək süni örtüklü meydançanın komandaların məşq etməklə bağlı yer problemini aradan qaldıracağı vurğulanıb. Məşqçilərin istək və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.