bazar, 24 avqust 2025

BİZİM FUTBOL

"Qarabağ" APOEL-lə heç-heçə etdi

24.10.2019 23:03 Oxundu 435


Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.


Cempion.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edib. Görüş 2:2 hesablı bərabərliklə nəticələnib.


Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü matçı olub. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı.


A qrupunun digər oyununda "Sevilya" "Düdelanj"ı qəbul edəcək.

24 oktyabr

Avropa Liqası

A qrupu

 
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2 
Qollar: Dani Kintana, 13 (1:0), İoannou, 29 (1:1), Hallenius, 45 (1:2), Ailton, 59 (2:2)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


23:00."Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq)
 
1. Sevilya 2 2 0 0 4:0 6
2. Qarabağ 3 1 1 1 6:6 4
3. Düdelanj 2 1 0 1 5:7 3
4. APOEL 3 0 1 2 5:7 1