
Dünən UEFA Gənclər Liqasının Qəbələdə keçirilən "Qəbələ" - APOEL qarşılaşması başa çatar-çatmaz qalmaqal yaşanıb.
Cempion.az xəbər verir ki, qonaqların 1:0 qalib gəldiyi oyundan sonra hər iki komandanın futbolçuları bir-birilərinə hücum çəkiblər.
Hadisənin mərkəzində meydan sahiblərindən Veysəl Rzayev, Rüfət Əhmədov, Əli Mürsəlov, kiprlilərdən isə qələbə qolunun müəllifi Ciannis Satsias olub. Veysəl Rzayev qələbəni çılğınqla qeyd edən rəqib düşərgədən hansısa futbolçulardan birini sillə ilə vurub. Məşqçilər və hakimlərin müdaxiləsindən sonra futbolçuları sakitləşdirmək mümkün olub. Qalmaqalın iştirakçılarından Veysəl Rzayev sonra qırmızı vərəqə alıb.
Əldə etdiyimiz məlumata görə matçdan sonra "Qəbələ" rəhbərliyi dava edən futbolçularla toplantı keçirdib və onlara ciddi xəbərdarlıq edib. Bir də analoji hərəkəti etsələr onları komandadan göndərmək təhlükəsi də gözləyəcək.