25.10.2019 15:00
517


"Kəpəz" U-17 liqası çərçivəsində Lənkərana oynanılan və qalmaqalla yadda qalan "Xəzər Lənkləran" - "Kəpəz" matçında qırmızı vərəqə alan qapıçısı Cavid Qurbanovla bağlı apellyasiya şikayəti verəcək.
Cempion.az-a daxil olan məlumata görə "Kəpəz" klubu qapıçılarına 4 oyunluq cəzanı ədalətsiz və ağır sayır.
Gəncəlilər düşünür ki. həmin oyunda əsas günah Cavidə hücum edən yerli azarkeşlərdə olub. Qapıçı polis və təhlükəsizlik xidmətinin yoxluğunda özünü müdafiə etməyə məcbur olub. Belə olan halda ona 4 oyunluq cəza obyektiv deyil. Gəncəlilər artıq apelyyasiya məktubunu hazırlayıb və ən qısa zamana onu AFFA-ya təqdim edəcək.