25.10.2019 12:21
691

Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində APOEL-lə qarşılaşan "Qarabağ" meydanı bir xalla tərk etdi.
Cempion.az xəbər verir ki, komandanın kapitanı Rəşad Sadıqov oyundan sonra mətbuata danışmaq istəməyib.
APOEL-in vurduğu ikinci qol zamanı böyük səhvə yol verən müdafiəçinin əhval-ruhiyyəsinin yaxşı olmaması üzündən sezilib. O, oyundan sonra jurnalistlərə “bu dəfə məni üzrlü sayın, danışmayacam" deyərək üzrxahlıq edib.