
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.
Cempion.az yarışın ilk günündə 8 idmançımız qüvvəsini sınayıb. Onlardan biri mükafatçılar sırasına düşüb.
Kişilərin yarışında Orxan Səfərov (66 kq) finala kimi irəliləsə də, həlledici görüşdə italiyalı Manuel Lombardoya uduzub.
Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq) ,Nicat Şıxəlizadə, Aleksandra-Larisa Florian (57 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Turnirdə 100-ə yaxın ölkədən 500-dən çox cüdoçu mübarizə aparır. Azərbaycan millisinin heyətində 15 idmançı mübarizəyə qatılacaq. “Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.