çərşənbə axşamı, 01 iyul 2025

BİZİM FUTBOL

Əliyar Ağayev "Espanyol"un futbolçusunu meydançadan qovdu

25.10.2019 16:00 Oxundu 394

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsində keçirilən "Lüdoqrets" (Bolqarıstan) - "Espanol " (İspaniya) oyununu idarə edib.

Cempion.az xəbər verir ki, qonaqların 1:0 hesablı qələbə qazandığı görüşdə Ağayev 7 sarı, 1 qırmızı vərəqə göstərib.

O, meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna rəsmi xəbərdarlıq edib. Görüşün 88-ci dəqiqəsində isə referimiz "Espanyol"un müdafiəçisi Xavi Lopezi ikinci sarı vərəqə ilə meydandan qovub.