şənbə, 23 avqust 2025

BİZİM FUTBOL

"Qarabağ"ın iki futbolçusu Avroliqanın rəmzi komandasında

25.10.2019 17:00 Oxundu 449

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandasını açıqlayıb.

Cempion.az xəbər verir ki, ən yaxşı oyunçular arasında “Qarabağ”ın iki futbolçusu yer alıb.

Bunlar ispaniyalı yarımmüdafiəçisi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silvadır. Hər iki futbolçu ötən gecə Bakıda APOEL-lə keçirilən görüşdə (2:2) qol vurub.
 
Xatırladaq ki, Kintana Avroliqanın 2-ci turunda da rəzmi 11-likdə yer almışdı.