çərşənbə axşamı, 01 iyul 2025

BİZİM FUTBOL

ÇL-də həftənin oyunçusu müəyyənləşdi

25.10.2019 20:00 Oxundu 443


“Mançester Siti”nin hücumçusu Rahim Sterlinq Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusu seçilib.

Cempion.az xəbər verir ki, bu haqda UEFA-nın saytı məlumat yayıb. 24 yaşlı ingilis “Atalanta” ilə matçda (5:1) het-trik edib və 2 qolun ötürməsini verib.

Qeyd edək ki, həftənin ən yaxşı oyunçusu adına namizədlər sırasında Kilian Mbappe (PSJ), Aleks Oksleyd-Çemberlen (“Liverpul”) və Paulo  Dibala (“Yuventus”) da olub.