şənbə, 17 may 2025

DÜNYA FUTBOLU

PSJ Neymarla danışıqlara başladı

26.10.2019 15:43 Oxundu 396


PSJ futbolçusu Neymarla müqavilənin müddətini uzatmaqla bağlı danışıqları dayandırıb.

Cempion.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubunun rəhbərliyini braziliyalı hücumçunun tez-tez zədələnməsi narahat edir. Həmçinin Kilian Mbappenin son matçlarda yenidən əvvəlki  formasına qayıtmasından sonra bu qərar verilib. Xəbərdə  Neymarın yayda PSJ-dən ayrılmasının  mümkün olduğu bildirilib.

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır.