şənbə, 17 may 2025

DÜNYA FUTBOLU

"Real"ın sabiq futbolçusu 9-cu divizionda çempion oldu

26.10.2019 18:22 Oxundu 436


Niderland millisinin sabiq üzvü Rafael van der Vaart Danimarkada aşağı liqada çempionluq yaşayıb.

Cempion.az xəbər verir ki, Vart "Esbyerq"in heyətində doqquzuncu divizionda birinci olub. Niderlandlı futbolçu şəxsi instaqram səhifəsində belə yazıb:

"Bu komanda ilə fəxr edirəm. "Esbyerq"lə indicə çempion olduq. Qocalırıq, amma buna rəğmən qələbə qazanmağa davam edirik".

36 yaşlı futbolçu karyerası ərzində “Ayaks”, “Hamburq”, “Real”(Madrid), “Tottenhem”, “Betis” klublarında oynayıb.