şənbə, 17 may 2025

BİZİM FUTBOL

"Sabah"ın məşqçisi hakimin qərarı haqda nə dedi?

27.10.2019 02:33 Oxundu 429


“İki fərqli hissə oldu. İlk hissədə yaxşı futbol oynadıq”.

Cempion.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın məşqçisi Rövşən Babayev Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə” ilə heç-heçə etdikləri oyundan (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
 
“İkinci hissədə rəqib bizdən üstün oldu. İkinci hissəyə də əslində normal çıxmışdıq. Göstəriş verilmişdi ki, hücumda tempi azaltmayaq. Ancaq “Zirə” daha yaxşı çıxış etdi” - deyə o bildirib.
 
Babayev rəqibin sayılmayan qolu barədə də danışıb:“Bununla bağlı nəsə demək çətindi. Çünki bizdən uzaq idi. İnanıram ki, hakim səhvə yol verməyib”.