
“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”la oyundan (2:2) sonra mətbuat konfransı keçirib. Cempion.az-ın məlumatına görə, o, komandasının xarakter göstərdiyini bildirib.
- Oyuna həddən artıq yaxşı hazırlaşmışdıq. Uşaqlarla danışanda ilk sözümüz də o idi ki, “Zirə”nin əzmini qaytaraq. Ardıcıl iki qol buraxdıq. Ən pisi odur ki, qolları mübarizəsiz buraxdıq. İkinci hissədə meydanda tam fərqli “Zirə” oldu. Buna görə oyunçuları təbrik etdim.
- Ehtiyatda hücumu gücləndirəcək futbolçu yox idi? Məsələn, Nordeni meydana buraxa bilməzdiniz?
- Norde ötən oyunun ikici hissəsində meydanda oldu. Hücumçu keyfiyyətlərində axsayırdı. Qadze isə bu gün yaxşı vəziyyətdə idi. İkinci hissə boyu Qadzedən yorulub-yorulmadığını soruşdum. Buna uyğun qərar verdik.
- Buraxılan hər iki qola görə qapıçının günahı nə dərəcədədir?
- Komandaya əvvəldən gəlməmişəm. Nə olur-olsun, bu uşaqlarla davam edəcəm. Orxanın daim arxasındayam. Futbolda səhvlər qaçılmazdır.
- Gənc futbolçuların ən böyük problemi fiziki çatışmazlıqdır. Ancaq Nicat Süleymanov bu gün sona qədər mübarizə apardı. Bu yöndə çalışmalarınız olur?
- Nicatla dünən söhbətim oldu. Bu barədə danışdıq. Onun bugünkü çıxışı məni də sevindirdi.
- Tellur sanki oyuna adaptasiya oluna bilməmişdi...
- O, 3-4 gün idi komanda ilə məşqlərə qoşulub. Həm də əvvəlki məşqçinin istəkləri hələ də oyunçuların beyinlərində qalır. Hər şey biz istədiyimiz kimi ola bilməz.