şənbə, 17 may 2025

BİZİM FUTBOL

Elmar Baxşıyev məğlubiyyəti şərh etdi

27.10.2019 02:15 Oxundu 422


“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda  “Keşlə” ilə oyundan (1:2) sonra mətbuat konfransı keçirib. Cempion.az-ın məlumatına görə, o, əvvəlcə uduzduqları matçı şərh edib.


 
- Oyunun bizim üçün çətin keçəcəyini öncədən də bilirdik. İki futbolçumuz bu oyunu buraxmaq məcburiyyətində qalmışdı. Heyətlə bağlı çətinliyimiz vardı. Amma bu gün ilk hissəni çıxmaq şərtilə, komanda pis təsir bağışlamadı. Xüsusilə fasilədən sonra futbolçularımz istədiyimiz oyunu nümayiş etdirməyə çalışdılar.
 
- İki hissə arasındakı kəskin fərqi səbəbi nə idi?

- Heyətdəki itkilərlə əlaqədar bəzi futbolçuların mövqeyində dəyişiklik etmişdik. Bəzisi ilk dəfə bu mövqedə oynayırdı. Fasilədə sistemdə müəyyən dəyişikliklər etdik.
 
- Murad Musayev və Sadiq Quliyev ehtiyatda ola-ola mərkəz müdafiəçisi mövqeyinə Amin Seydiyevi çəkməyinizin səbəbi nə idi?

- İki oyun idi belə oynayırdıq. İstəmədik müdafiənin mərkəzini dəyişək.
 
- Klesionu əvəzlədikdən sonra komandanız daha yaxşı göründü. Belə çıxır ki, oyuna Ülviylə başlasaydınız, daha effektiv olardı?

- Hərəsinin öz vəzifəsi var idi. Dəyişiklikdən sonra komandamız daha istəkli görünürdü. Görünür, ilk yarıda oyuna yanaşmamız düzgün deyildi.
 
- Hakimlərə tez-tez irad bildirirdiniz...

- Çox fit çalırdı, hər epizodda oyunu saxlayırdı. Ancaq böyük etirazım yox idi.