şənbə, 17 may 2025

BİZİM FUTBOL

Futzal millimiz qrupu birinci yerdə başa vurdu

27.10.2019 12:18 Oxundu 428

Futzal üzrə Azərbaycan millisi 2020-ci ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin 3-cü qrupunda bu gün son oyununu keçirib.

Cempion.az-ın məlumatına görə, Joze Alesio da Silvanın komandası Slovakiya ilə qarşılaşıb. İlk iki oyunda Moldova və Monteneqro üzərində qələbə qazanaraq elit-raunda vəsiqəni rəsmiləşdirən millimiz bu görüşdə də qalib gəlib - 2:0.
 
Bununla da millimiz maksimum - 9 xalla qrupu birinci pillədə başa vurub.

26 oktyabr
Azərbaycan - Slovakiya 2:0
Qollar:
 Bolinya, 29:21. Vassura, 34:38.
Hakimlər: Andrey Çernı (Çexiya), İnqus Puriņş (Latviya), İnqo Hemsot (Almaniya)
Bakı İdman Sarayı

 
N.  KOMANDALAR O Q H M T/F X
1  Azərbaycan 3 3 0 0 8:3 9
2  Slovakiya 3 2 0 1 12:6 6
3  Monteneqro 3 1 0 2 6:11 3
4  Moldova 3 0 0 3 8:14 0