şənbə, 17 may 2025

BİZİM FUTBOL

Rüfət Dadaşov üçün 12 dəqiqə

27.10.2019 14:10 Oxundu 437


Almaniya 3-cü Bundesliqasında 13-cü turun oyunları davam edir.

Cempion.az-ın məlumatına görə, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” bu turda səfərdə "İnqolştadt"la qarşılaşıb və 2:3 hesabı ilə uduzub

Görüşə ehtiyat oyunçular skamyasında başlayan R. Dadaşov meydana 78-ci dəqiqədə hesab 2:2 olan zaman çıxıb və qol vura bilməyib.
 
Münster klubu hazırda  11 xalla 20 komanda arasında 18-ci pillədə qərarlaşıb.