28.10.2019 13:00
479


Xəbər verdiyimiz kimi AFFA aşağı dəstədə top qovan daha iki oyunçuya “qırmızı vərəqə” göstərib. Belə ki “Ağsu”nun futbolçuları Elçin Həşimovla Ruslan Mirzəliyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyənləşib və hər iki şəxsin araşdırma başa çatana qədər futboldan uzaqlaşdırlmasına qərar verilib.
Cempion.az-a daxil olan son məlumata görə AFFA-nın şübhələndiyi tək bu iki futbolçu deyil.
Elçinlə Ruslandan başqa "Ağsu"nun daha 7 futbolçusu federasiyaya çağırılaraq dindirilib. Sadəcə onlarla bağlı daha tutarlı faktlar olmadığına görə hələlik oynamalarına qadağa qoyulmayıb.