28.10.2019 15:00
486


Hazırda klubsuz olan və Premyer Liqa klublarının maraq dairəsində olmayan Vaqif Cavadov I Divizionda oynaya bilər.
Cempion.az-ın əldə etdiyi məlumata görə millimizin sabiq üzvünə “Kəpəz”də oynamaq təklif olunub.
Təklif hazırda Gəncə klubunun müşahidə şurasının sədri postunu tutan İsgəndər Cavadovdan gəlib. Bildiyiniz kimi İsgəndər bəy Vaqifin əmisidir. Məhz o Vaqifə məsləhət görüb ki qışa kimi “Kəpəz”də oynayıb forma yığa bilər. Lakin futbolçu özü hələlik bu təklifə cavab verməyib.