28.10.2019 11:29
341

Ukrayna Premyer Liqasında 12-ci tura yekun vurulub.
Cempion.az-ın məlumatına görə, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" səfərdə lider "Şaxtyor"la qarşılaşıb.
Matç qolsuz bərabərliklə başa çatıb. Bu, Donetsk təmsilçisinin 2019/2020 mövsümündə ölkə çempionatında ilk xal itkisi olub.
P.Paşayev görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 61-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 12 turdan sonra "Aleksandriya" 20 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.