şənbə, 17 may 2025

BİZİM FUTBOL

"Qarabağ"ın rəqibi qələbə qazandı

28.10.2019 13:21 Oxundu 366

Lüksemburq çempionatında 10-cu turun oyunları keçirilib.

Cempion.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” öz meydanında “Mondorf”la qarşılaşıb və inamlı qələbə qazanıb – 3:1. “Düdelanj”ın heyətində Danel Sinani dubl edib. 3-cü qolu isə Dominik Stolz vurub.

10 oyuna 13 xal toplayan “Düdelanj” hazırda 14 komanda arasında 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Düdelanj”la “Qarabağ” arasındakı Lüksemburdakı oyunda Ağdam klubu 4:1 hesablı qələbə qazanıb. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda keçiriləcək.