şənbə, 17 may 2025

DİGƏR NÖVLƏR

Tanınmış karateçimiz müalicə üçün Türkiyəyə aparıldı

28.10.2019 14:12 Oxundu 409


Böyrək çatışmazlığından əziyyət çəkən karate üzrə Avropa çempionu Ayxan Mamayev müalicə üçün Türkiyəyə aparılıb.

Cempion.az xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında paylaşım edib. Ona dəstək olanlara təşəkkür edən idmançımız hər şeyin yaxşı olacağını yazıb:

“Hər kəsə cavab yaza bilmirəm. Dəstəyiniz, maraqlandığınız üçün çox sağ olun. Türkiyədəyəm. Düzələcəm, inşallah. Dua edin".