şənbə, 17 may 2025

BİZİM FUTBOL

UEFA millimizin rəqibinə cəza verdi

28.10.2019 10:08 Oxundu 419


AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Macarıstan yığmasının futbolçusu Laslo Klaynhayslerin cəza müddəti artırılıb.

Cempion.az xəbər verir ki, UEFA İntizam Komitəsi 25 yaşlı yarımmüdafiəçiyə 2 oyunluq cəza kəsib. Xorvatiya ilə qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan Klaynhaysler bu səbəbdən millimizlə görüşü buraxmalı olmuşdu.

Lakin qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya etmək qərarına gəlib. Bu da o deməkdi ki, "Osiyek"in üzvü seçmə mərhələnin Uelslə oyununu buraxacaq. Uels - Macarıstan görüşü noyabrın 19-da baş tutacaq.