şənbə, 17 may 2025

BİZİM FUTBOL

Qara Qarayev: "Bizim klubda belə şeyə icazə vermirlər"

29.10.2019 14:20 Oxundu 573


“Ağır bir oyundan sonra vacib qələbə qazandığımızı düşünürəm. Çünki APOEL-lə çox çətin qarşılaşma oldu. Müəyyən mənada, oyun ərzində bəzi çatışmazlıqlarımız var idi. Amma ümumilikdə düşünürəm ki, vacib olan 3 xal idi və onu da qazandıq”.

Cempion.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev Azərbaycan Premyer Liqasının 9-cu turunda evdə “Səbail”i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Matçda yeganə qolun müəllifi “Neftçi”nin futbolçusu Rəhman Hacıyevin "İnstaqram"da “Qarabağ”la bağlı paylaşımına da münasibət bildirib: “Bizim klubda belə şeylərə icazə vermirlər. Heç təsəvvür yaratmayıblar ki, belə şeylər paylaşa bilərik. Biz bütün komandalara qarşı hörmətlə yanaşmışıq. Düşünürəm ki, “Neftçi” ilə oyundan daha vacib bu oyun idi. Şükürlər olsun ki, bu oyunda qələbə qazana bildik”.