29.10.2019 12:00
407


Kipr çempionatında 7-ci turun oyunları keçirilib.
Cempion.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL də növbəti matçına çıxıb.
Nikosiya təmsilçisi səfərdə “Nea Salamis”lə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb. Qolları Merkis (66), Matiç (70) və Vidiqal (74) vurub.
Rəqiblərindən 3 oyun az keçirən APOEL bu qələbədən sonra 12 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, APOEL Avroliqada növbəti matçını noyabrın 7-də Kiprdə "Qarabağ"a qarşı keçirəcək.