şənbə, 17 may 2025

BİZİM FUTBOL

"Qarabağ"da itki

29.10.2019 14:00 Oxundu 422

"Qarabağ"ın futbolçusu Simeon Slavçev zədələnib.

Cempion.az xəbər verir ki, bolqarıstanlı yarımmüdafiəçinin ayaq əzələsində problem var. Bu səbəbdən o, Premyer Liqanın 9-cu turunda bu gün "Səbail"lə keçiriləcək görüşdə iştirak etməyəcək.

"Qarabağ" rəsmisi qeyd edib ki, Slavçevin 2-3 günə komanda ilə məşqlərə qoşulacağı gözlənilir.