şənbə, 17 may 2025

DÜNYA FUTBOLU

Türkiyədə 17 günlük baş məşqçi

29.10.2019 14:21 Oxundu 416

"Kayserispor"un yeni baş məşqçisi Samet Aybaba istefa verib.

Cempion.az xəbər verir ki, bunu çalışdırıcı özü Türkiyə mətbuatına açıqlamasında deyib.

O, qərarını bu cür izah edib: "Bu ayın əvvəlində bir neçə variantım olsa da, "Kayserispor"a üstünlük verdim. Ancaq geridə qalan 17 gün ərzində əziyyətimin qarşılıqsız qaldığını, futbolçuların məsuliyyətsiz davranışını gördüm. Pozitiv heç nə görmədim. Futbol ürəklə və inamla oynanılır".

Qeyd edək ki, "Kayserispor"  oktybarın 11-də Samet Aybaba ilə 1.5 illik müqavilə imzalamışdı.