
“France Football” jurnalının ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutduğu “Qızıl top” mükafatı “Yuventus”un hücumçusu Kriştiano Ronaldoya təqdim olunacaq.
Cempion.az xəbər verir ki, Fransa nəşrinin nümayəndələri bununla əlaqədar Turində 34 yaşlı forvard və klubun idman direktoru Fabio Paratiçi ilə görüşüblər.
Jurnalistlərin Ronaldodan qalib elan olunandan sonra yayımlanması üçün nəzərdə tutulan müsahibə götürdükləri ehtimal edilir.
Qalibin adı dekabrın 2-də Parisdəki "Şatle" teatrında təşkil olunacaq mərasimdə elan olunacaq. Bu ada 30 futbolçu namizəd göstərilib.
“France Football”ın 1956-cı ildə təsis etdiyi “Qızıl top” mükafatını hamıdan çox – 5 dəfə Ronaldo ilə İspaniya təmsilçisi “Barselona”nın argentinalı kapitanı Lionel Messi alıb. Ötən il mükafata “Real"ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.