şənbə, 17 may 2025

BİZİM FUTBOL

Zaur Həşimov çernaqoriyalı qapıçının xidmətində maraqlı deyil - ÖZƏL!

29.10.2019 17:00 Oxundu 464

Samir Abasovun dövrünə "Zirə"yə transfer olunan Biyan Zoqoviçin komanadakı taleyi qaranlıqdır.

Cempion.az-a daxil olan məlumata görə hazırkı baş məşqçi Zaur Həşimov çernaqoriyalının xidmətinə maraqlı deyil.

Daha da konkretləşdirsək Zoqoviç Həşimovun arzuladığı qapıçı deyil. Təsadüfi deyil ki. son oyunlarda "Zirə"nin qapısını Orxan Sadıqlı qoruyur. Qış fasiləsində çernaqoriyalının transferə çıxarılacağı gözlənilir.

Qeyd edək ki. Zoqoviçin "Zirə" ilə mövsümün sonuna kimi müqaviləsi var.