şənbə, 17 may 2025

BİZİM FUTBOL

"Səbail"in futbolçusu 100-ə çatdı

29.10.2019 16:26 Oxundu 395


Azərbaycan Premyer Liqasının IX turu “Səbail”in futbolçusu Fəhmin Muradbəyli üçün yubileylə əlamətdar olub.

Cempion.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”la səfər qarşılaşmasında 100-cü matçına çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə “Neftçi”də debüt edən Fəhmin bu komandada 55, “Səbail”də 45 oyunun iştirakçısı olub. Hesabında 10 top olan 23 yaşlı yarımmüdafiəçi indiki klubunda 6, “ağ-qaralar”ın heyətində 4 qola imza atıb.