şənbə, 17 may 2025

BİZİM FUTBOL

UEFA "Qarabağ"ın oyununu xüsusi nəzarətə götürdü

29.10.2019 18:30 Oxundu 411


UEFA  Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək APOEL - "Qarabağ" oyununu "xüsusi diqqət mərkəzində saxlanması vacib qarşılaşmalar" siyahısına daxil edib.

Cempion.az-ın məlumatına görə, qitənin ali futbol qurumu Ağdam klubunun Lüksemburqda "Düdulanj"la keçirdiyi matçı zamanı baş verən "dron təxribatı"nı əsas götürərək bu addımı atıb.

UEFA bu məqsədlə APOEL-dən Nikosiyadakı qarşılaşmanın təhlükəsizlik tədbirlərini gücləndirməsini tələb edib.

Qeyd edək ki, APOEL - "Qarabağ" matçı noyabrın 7-i keçiriləcək. Bu komandalar arasında 3-cü turda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.