29.10.2019 14:57
569


Azərbaycan futbolunun mətbəxində olanlar tez-tez futbolçu qıtlığından gileylənirlər. AFFA-nın rəsmi saytında yayılan xəbəri həmin adamların nəzərinə çatdırırıq:
AFFA-nın təşkil etdiyi U-10, U-11, U-12, Coca-Cola U-13, U-14, Boulevard Hotel U-15, U-16, Bakcell U-17 və Gənclər liqalarında ötən həftə ümumilikdə 268 oyun keçirilib, 7504 futbolçu meydana çıxıb.
U-13, U-16 və Yüksək qızlar liqalarında isə həftə ərzində 29 qarşılaşma keçirilib. 58 komandanın heyətində 870 futbolçu oyunlarda iştirak edib.