şənbə, 17 may 2025

DÜNYA FUTBOLU

Superliqada növbəti baş məşqçi istefası

30.10.2019 11:00 Oxundu 405


Türkiyə Superliqası təmsilçisi "Göztəpə" baş məşqçisi Tamer Tuna ilə yolları ayırıb.

Cempion.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 43 yaşlı mütəxəssisin istefası rəhbərlik tərəfindən qəbul olunub.

Qeyd edək ki, "Göztəpə" ölkə çempionatında 9 turdan sonra 9 xalla 15-ci pillədə qərarlaşıb.