şənbə, 23 avqust 2025

DÜNYA FUTBOLU

Buffon gələn il də futbol oynayacaq

30.10.2019 11:25 Oxundu 416


"Yuventus"un qapıçısı Canluici Buffon bu mövsumun sonu karyerasını başa vurmağı planlaşdırmır.

Cempion.az-ın "Tuttosport"a istinadən yaydığı xəbərə görə, 41 yaşlı qolkiper növbəti mövsüm də Turin təmsilçisində qalmağı istəyir.

Klub rəhbərliyin C.Buffonu komandada saxlamağa müsbət baxdığı bildirilib. "Yuventus"un italiyalı qapıçı ilə yeni müqavilə imzalamağı düşündüyü vurğulanıb.

Qeyd edək ki, C.Buffon yaydan A seriyası klubunun şərəfini qoruyur.