cümə, 16 may 2025

BİZİM FUTBOL

Gürcüstanlı qapıçı "Zirə"nin hədəfində - ÖZƏL!

30.10.2019 12:00 Oxundu 512


“Torpedo”(Kutaisi) klubunun qapıçısı və kapitanı Roin Kvasxadze karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməyə yaxındır. 

Cempion.az xəbər verir ki, gürcü qolkiperə menecer vasitəsilə klublarımızın birində oynamaq təklif edilib.

Etibarlı mənbədən daxil olan məlumata görə 30 yaşlı qapıçı "Zirə"yə təklif olunub. Hazırda bu komandanın yeni baş məşqçisi Zaur Həçimovun yeni qapıçıya ehtiyacı var. Sabiq baş məşqçi Samir Abasovun gətirdiyi çernaqoriyalı qapıçı Həşimovu razı salmır.  Lakin Kvasxadzenin "Zirə"yə gəlişi üçün iki klubun rəhbərliyi arasında razılıq əldə olunmalıdır. Hələlik məsələ ilkin mərhələdəir və hadisələrin sonrakı gedişatının necə olacağı məlum deyil.

Həmin klubdan birinin Bakını təmsil etdiyi və ortabab klublardan biri olduğu bildirilir. Gürcüstan millisinə də dəvət alan Roin karyerası ərzində “Zestafoni” ilə yanaşı Kiprin “Otellos” və “Pafos” klublarında çıxış edib.