cümə, 16 may 2025

DÜNYA FUTBOLU

UEFA-dan Bolqarıstana cəza

30.10.2019 12:30 Oxundu 425

UEFA Bolqarıstan Futbol İttifaqını cəzalandırıb.

Cempion.az qurumun saytına istinadən xəbər verir ki, buna Bolqarıstan millisinin Avro-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduqları görüşdə (0:6) yerli azarkeşlərin irqçi davranışları səbəb olub.

Fanatların bu hərəkətinə görə yığmaya 2 oyunu boş tribunalar qarşısında keçirmək cəzası verilib.

Bu oyunlardan biri şərtidir.  Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, həmin şərti cəza da tədbiq olunacaq.

UEFA baş verənlərlə əlaqədar Bolqarıstan Futbol Federasiyasını 75 min avro cərimə də edib.