30.10.2019 13:00
427

“Qəbələ” futbol akademiyasının komandaları növbəti oyunlarını keçiriblər.
Cempion.az xəbər verir ki, U-17 və U-15 “Qarabağ”la görüşüblər. Sonuncular 3:1 hesabı ilə qalib gəliblərsə, 17 yaşadək futbolçular məğlub olublar – 0:1.
Paytaxt zonasında mübarizə aparan U-14 İsgəndər Cavadov BFA üzərində qələbə qazanıb – 6:0. Digər komandalar isə Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında qüvvələrini sınayırlar.
U-13 UGİM-in (Ağdaş) qapısından 13 cavabsız qol keçirib. U-11 də eyni komanda ilə görüşüb və 12:0 hesabı ilə qalib gəlib.